Bakıda növbəti dəfə ərlə arvadın mübahisəsi bıçaqlanma ilə nəticələnib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə aprelin 15-i saat 19:20 radələrində Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində baş verib.
Şəhər sakini Oqtay Abbasov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Almaz Ağayevanı bıçaqlayıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Oqtay Abbasov yaxalanıb.
Araşdırma aparılır.
Bakıda daha bir kişi keçmiş arvadını bıçaqladı
Hadisə qısqanclıq zəminində baş verib




Şərhlər