Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis idarəsindən ANS PRESS-ə daxil olan məlumata əsasən, hadisə C.Xəndan küçəsində qeydə alınıb.
Bakı şəhər sakini Fariz Hacıyev idarə etdiyi "BMW" markalı avtomobillə Ucar rayon sakini Nurəddin Mustafayevi vurub. Piyada aldığı xəsarətlərdən və çoxlu qan itkisindən elə hadisə yerindəcə dünyasını dəyişib.
Bakıda "BMW"nin vurduğu piyada yerindəcə keçinib
Hadisə C.Xəndan küçəsində qeydə alınıb




Şərhlər