Bakıda biznesmenin evi qarət edildi
16 Aprel 2011 Şənbə 12:03
Mənzildən 10 min manat oğurlanıb
Bakıda mənzildən 10 min manat oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə aprelin 12-də Bakıxanov qəsəbəsində qeydə alınıb.
Aydın Ağayevin evindən naməlum şəraitdə 10 min manat oğurlanıb. Şikayətçinin ərizəsi əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Şəhriyar Nuriyev aprelin 15-də yaxalanıb.
Bölmədən Milli.Az-a bildirilib ki, zərərçəkmiş A.Ağayev biznes fəaliyyəti ilə məşğul olur və “Sədərək” yarmarkasında böyük ticarət obyektləri var.
DOSTLARINLA PAYLAŞ: