Bakıda bir gündə 33 nəfər dəm qazından zəhərlənib
10 Fevral 2012 Cümə 11:26
Ötən gün 55 yaşlarında bir kişi donvurma nəticəsində ölüb
Ötən gün Bakı şəhərinda 61 nəfər travma ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına müraciət edib. Stansiyanın baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə verdiyi məlumata görə, bunlardan 40 nəfəri xəstəxanaya yerləşdirilib.
“Ötən gün təcili yardıma 1431 nəfər müraciət edib. Onlardan 146 nəfəri xəstəxanaya yerləşdirilib. Travma alma ilə bağlı müraciət edən 61 nəfərdən 18-i yıxılaraq xəsarət alıb ki, onlardan 16 nəfəri xəstəxayana yerləşdirilib”.
Bundan başqa, ötən gün dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 33 nəfər təcili yardıma müraciət edib. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib.
“Kürdəxanı qəsəbəsində bir ailədən 8 nəfər, Bakıxanov qəsəbəsində isə bir ailədən 5 nəfər dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən Kürdəxanı sakinlərindən 2-si, Bakıxanov sakinlərinin isə 5-i də xəstəxanaya yerləşdirilib, onlardan 1-i 8 yaşında uşaqdır”.
Onun sözlərinə görə, ötən gün bir nəfər, 55 yaşlarında kişini don vurub. Təcili yardım həkimləri donmuş kişinin meyidini Pirallahı qəsəbəsində tapıblar. Onun evsiz olduğu və küçələrdə səfil həyatı yaşadığı bildirilir.
Mürsəl Həmidov bir daha paytaxt sakinlərinə müraciət edərək zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməməyi məsləhət görüb.
DOSTLARINLA PAYLAŞ: