Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. Hadisə zamanı 1973-cü il təvəlüdlü Balakən rayon sakini Əhmədov Rüstəm Nurov oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. Hadisədən sonra təcili olaraq 1 saylı şəhər xəstəxanasına çatdırılan Rüstəmin üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Qeyd edək ki, artıq zərərçəkmiş polislərə ilkin ifadəsini verib. Əhmədov bıçaq xəsarətinin ona heç kimsə tərəfindən yetirlmədiyini ehtiyatsızlıqdan özü-özünü bıçaqladığını bildirib. Rüstəm Əhmədovun bu ifadəsində nə dərəcədə doğru olduğu Nəsimi rayon polis idarəsində aparılacaq araşdırmalardan sonra məlum olacacaq.
Bakıda bıçaqlanma hadisəsi baş verib
Balakən rayon sakini naməlum şəraitdə bıçaqlanıb.




Şərhlər