Bakıda bıçaqlanma hadisəsi baş verib
12 Yanvar 2012 Cümə Axşamı 05:27
Həsən Məlikov hadisə şahidləri tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Ötən gecə Bakının Binəqədi rayonu 6-ci mikrarayon ərazisində bçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 29 yaşlı Məlikov Həsən Tofiq oğlu naməlum şəraitdə bıçaqlanıb. Bədəninin müxtəlif nahiyyələrindən bir neçə bıçaq zərbəsi alan Həsən Məlikov hadisə şahidləri tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Onun üzərində cərrahi əməliyyat aparılıb və hazırda vəziyyəti stabildir. Artıq faktla bağlı Binəqədi rayon polis idarəsi və 7-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkən Həsən Məlikovun huşu özündə olmadığındani həhəlik polislər hadisə ilə bağlı onüun izahatının ala bilməyblər.

Hazırda Binəqədi polisi tərəfindən Məlikovun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar