Bakıda bıçaqlanma hadisəsi baş verib
08 Aprel 2011 Cümə 07:11
Naməlum şəraitdə baş vermiş hadisədən sonra yaralı xəstəxanaya çatdırılıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə 42 yaşlı Həbib Əliyevin naməlum şəraitdə aldığı bıçaqlanması nəticəsində meydana gəlib. Aldığı xəsarət nəticəsində 1 saylı şəhər klinik xəstəxanasına çatdırılan Əliyevin vəziyyəti ağır olduğu üçün yaralı dərhal həkimlər tərəfindən əməliyyat otağına qaldırılıb.

Cərrahiyyə şöbəsinin müdiri Zaur Məmmədli yaralının döş qəfəsinin bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olduğunu, yaranın tikildiyini, xəstənin reanimasiya şöbəsində olduğunu deyib. Həkim həmçinin yaralının vəziyyətinin orta ağırlıqda olduğunu bildirib.

Həbib Əliyevin kim və ya kimlər tərəfindən bıçaqlanmasını Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları araşdırır. Bölmədən verilən məlumata görə, yaralının huşu özündə olmadığı üçün hələlik onun izahatını almaq mümkün olmayıb. Həbibi bıçaqlayanların axtarışları isə Nəsimi rayon polis idarəsi və19-cu polis bölməsinin əmədaşları tərəfindən davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar