Bu gecə Bakının Xətai rayonundakı Naximov küçəsindəbədbəxt hadisə baş verib. 30 yaşlı Əhmədov Anar İbrahim oğlu beşmərtəbəli binanın damından yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Xətai Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları bədbəxt hadisənin baş verdiyi yerdə olublar. Hadisə yeri müayinə olunub, müvafiq ekspertizalar həyata keçirilib. Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məluim olacaq.
Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, dünyasını dəyişən şəxs binada yaşayan sakinlərdən birinin evinə qonaq gəlibmiş. Amma qapı bağlı olduğundan, mənzilə pəncərədən daxil olmaq istəyib. Bu zaman Anar Əhmədov ehtiyatsızlıq səbəbindən damdan yıxılıb. ANSPRESS
Bakıda beşmərtəbəli binaya gələn qonaq damdan yıxılaraq öldü
Anar Əhmədov qonaq gəldiyi mənzilə pəncərədən düşmək istəyibmiş




Şərhlər