Bakı şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonunun Biləсəri qəsəbəsi ərazisində yaşayan 3 yaşlı Filiz Kərimovanın üstünə darvaza düşüb. Hadisə nəticəsində uşaq ağır yaralanıb.
Qeyd edək ki, uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Bakıda bədbəxt hadisə nəticəsində 3 yaşlı uşaq öldü
Hadisə Biləcəridə baş verib.




Şərhlər