Bu gecə Bakıda oğurluq etmək istəyən şəxs iş başında tutulub. Nizami rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nizami rayon ATS-nin qarşısında quraşdırılan Beynəlxalq Banka məxsus bankomatı xüsusi alətlə kəsən İqor Siyavuşoviç İbrahimov iş başında tutulub.
Məlumata görə, İ.İbrahimovun doğradığı bankomat Nizami RPİ-nin inzibati binasının yaxınlığında yerləşir. Məlumat daxil olan kimi polis dərhal ərazini əhatəyə alıb və külli miqdarda pul aparmaq istəyən şəxs tutulub.
Qeyd edək ki, faktla əlaqədar araşdırmalar davam etdirilir.
Bakıda bankomatı soyan şəxs iş başında tutulub
O, bankomatı xüsusi alətlə kəsibmiş.




Şərhlər