Hadisə

Bakıda bağ evindən 17 min avro oğurlandı

Hadisədə şübhəli bilinən saxlanılıb.

· Xəbərçi
Bakıda bağ evindən 17 min avro oğurlandı
Bakıda oğurluq hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə mayın 20-də Mərdəkan qəsəbəsi 28 May küçəsində yerləşən bağ evində qeydə alınıb.

Naib Əliyevə məxsus evin pəncərə şüşəsini və dəmir barmaqlıqlarını sındırmaq yolu ilə oradan 17 min avro oğurlanıb.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Çingiz Budaqov iyunun 7-də tutulub.

Araşdırma davam edir. ANSPRESS

Şərhlər