Hadisə

Bakıda bağ evində yanğın: 1 yaralı

Hadisə bu gecə baş verib

· Xəbərçi
Bakıda bağ evində yanğın: 1 yaralı
Bakıda mənzildə yanğın hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən verilən məlumata görə, hadisə bu gecə saat 02.30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsindəki bağ evində qeydə alınıb.

Orada yaşayan Viktor Kobzevin 1 otaqlı evində başlayan yanğın nəticəsində 20 kvm. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan V.Kobzev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər