Bakı şəhərində axtarışda olan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, tutulan Etibar Atakişiyev Azərbaycan Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddələri ilə axtarışda olub. Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Atakişiyev tutulub.
Anar Məmmədov /ANS PRESS/