Bakı şəhəri, Xətai rayonu ərazisində avtomobil təmiri sexində yanğın baş verib. ANS PRESS-in Fövqəlada Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, baş vermiş yanğın nəticəsində vətəndaşa məxsus avtomobil təmiri sexində ümumi sahəsi 15 kv.m olan xidməti otağın yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb.
Hadisə yerinin axtarışı zamanı 56 yaşlı Fəxrəddin Əjdər oğlu Babayevin yanmış cəsədi aşkar olunub.
Qeyd edək ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakıda avtomobil təmiri sexi yandı: 1 ölü
Hadisə Xətai rayonunda baş verib.




Şərhlər