Bakıda avtomobil sərxoş piyadanı vurub
18 Fevral 2011 Cümə 05:13
Reanimasiya şöbəsinə yerləşdirilən yaralı danışa bilmədiyi üçün onun şəxsiyyəti naməlum qalır
Ötən gecə paytaxtın Nizami rayonu Babək prospektində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Ramiz İbrahimov idarə etdiyi “Vaz 2107” markalı avtomaşınla yolu keçmək istəyən 25-30 yaşlarında şəxsiyyəti naməlum kişini vurub. Hadisədən sonra sürücü piyadaya ilkin tibbi yardım göstərərək onu şəxsi avtomobili ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırıb. Hadisə şahidi və sürücü Ramiz İbrahimovun sözlərinə görə avtoqəza zamanı vurulan piyada içkili vəziyyətdə olub.
Qeyd edək ki, xəstəxananın həkimi Qabil İbrahimov da yaralının srxoş olduğunu təsdiqləyib: “Xəstə suallara cavab vermir. İçkili vəziyyətdədir. Kəllə beyin tramması alıb. Hazırda reanimasiya şöbəsindədir”.
Qeydə alınmış yol nəqliyyat hadisəsi ilə bağlı artıq Nizami rayon polis idarəsində araşdırma başlanılıb. Qəzanını səbəblərinin müəyyən edilməsi üçün avtotexniki və tibbi ekspertizalar təyin edilib. Ekspertlərin verəcəyi yekun rəydən sonra piyadının vurulması ilə nəticələlə qəzanın meydana gəlmə səbəblərinə aydınlıq gətiriləcək.
DOSTLARINLA PAYLAŞ: