Hadisə

Bakıda avtomobil qəzası: 3 yaralı

Yaralılara lazımı tibbi yardım göstərilib və onların vəziyyət stabildir

· Xəbərçi
Bakıda avtomobil qəzası: 3 yaralı
Binəqədi rayonu Balaxanı Mehdiabad yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı Yusif Əliyevin idarə etdiyi “Vaz 21099” markaı avtomaşınla Vüqar Tanrıverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəzadan sonra “Vaz 21099”-da olan sərnişinlər, sürücünün həyat yoldaşı Teymurova Gülnarə Ənvər qızı və anası Sürayə Əliyeva müxtəlif dərəcəli xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə yaralılara lazımı tibbi yardım göstərilib və onların vəziyyət stabildir.

Yol nəqliyyat hadisəsinin təfərrüatları isə Binəqədi rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır. Avtoqəzanın hansı sürücünün səhlənkarlığı ucbatından meydana gəldiyi araşdırmalardan sonra bəlli olacaq.

Şərhlər