Bakıda avtobus piyadanı vurub
04 Yanvar 2010 Bazar Ertəsi 04:25
Bakıda avtobus piyadanı vurub. 57 yaşlı piyada xəstəxanada ağır vəziyyətdədir.
Bu gecə Bakının Xətai rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əliyev Sabir Səfər oğlunun idarə etdiyi “Daewoo” markalı avtobus İnqilab İsmayılov küçəsində yolu keçmək istəyən piyada, 57 yaşlı Orucov Tofiq Xasay oğlunu vurub.
Zərərçəkən Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi və alın nahiyyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Həkimlər Tofiq Orcuovun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elmar Quliyevin sözlərinə görə, qəza ilə bağlı məhkəmə-tibbi və avtotexniki ekzpertizalar təyin olunub. Araşdırmaların sonunda fakta hüquqi qiymət veriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: