Bakının Nəsimi rayonu ərazisində silahlı insident baş verib. Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu tapança ilə qətlə yetirib. O, artıq polis tərəfindən saxlanılıb.
N.Orucov deputatlığa keçmiş namizəddir. O, Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.
Hadisə Seyidzadə 3 ünvanındakı ofisdə törədilib. O, R.Rüstəmova tapançadan bir neçə atəş açıb.
Silahlı insidentin təfərrüatları barədə açıqlama verilmir. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək. ANSPRESS
Bakıda atışma oldu: keçmiş deputatlığa namizəd adam öldürdü
Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu tapança ilə qətlə yetirib.




Şərhlər