Hadisə

Bakıda atışma: 1 ölü

Hadisə Yasamal rayonunda baş verib

· Xəbərçi
Bakıda atışma: 1 ölü
Bu gün səhər saat 8 radələrində Bakının Yasamal rayonu İsmayıl Qutqaşınlı 102 ünvanında atışma olub. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qara rəngli “VAZ-2107” markalı avtomobilin sürüsücünə naməlum avtomobildə olan şəxslər tərəfindən odlu silahla atəş açılıb. Odlu silahdan atəşə məruz qalan gənc oğlan həlak olub.

Yasamal rayon Polis İdarəsindən ANSPRESS-ə faktı təsdiqlədilər. Hadisənin nə səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerində hüquq mühafizə orqanları çalışır. Hadisə barədə ətraflı məlumat daha sonra veriləcək.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Şərhlər