Bakıda arvadını güllələyən şəxs istintaqa danışdı
01 Fevral 2011 Çərşənbə Axşamı 13:00
Hadisənin təfərrüatı məlum olub
İki gün əvvəl Sabunçu rayonunda baş verən adam öldürməyə cəhd hadisəsinin motivi məlum olub.

Xatırladaq ki, İrina Babayeva adlı qadın ayın 30-u ağır vəziyyətdə gecə saatlarında yaşadığı Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev-25 B, mənzil 13-dən təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisədə şübhəli bilinən İrinanın 17 illk əri, Oktay Babayev saxlanılaraq məsuliyyətə cəlb olunub.

İstintaqa verilən ifadələrdə isə hadisənin səbəbinə aydınlıq gətirilib.

Hadisə ilə bağl danışan O.Babayev ağzını açar-açmaz baş verənlərin bütün günahını keçmiş həyat yoldaşı İrinada görüb. Belə ki, 2010-cu ildə 7 illik həbsxana həyatından ayrılıb evinə qayıdan Babayev 2003-cü ildə qoyub getdiyi bir çox şeylərin dəyişdiyini görüb. Əsas dəyişiklik 1988-ci ildən Rusiya Fedarasiyasının Samara vilayətinin Tolyatti şəhərindən tapıb həyat yoldaşı qismində Bakıya gətirdiyi İrinanın 2008-ci ildən etibarən ondan rəsmi boşanması olub. Amma Oqtay deyib ki, bu, qadının ona hazırladığı digər sürprizlərin yanında toya getməli imiş:

“O mənim Keşlə qəsəbəsində olan ata mülkümü satıb, pulun dalına keçib. 5 il ərzində isə bir dəfə də olsun mənim yanıma gəlməyib. 70 min dolların da arxasına keçərək eyş-işrətlə məşğul olub. Eto u menya lyubov, eto u menya roman”.

Sevgi dolu romanların içində başını itirən keçmiş ərin axırda səbri tükənib. İlk olaraq Oqtay ailə başçısı kimi 180 dərəcə dəyişən 22 illik məhəbbətini düzgün yola gətirmək üçün ona ağıl verməyə başlayıb və iki gənc övladının xatirinə ailəsini qorumaq məqsədilə roman yaşamaqdan əl çəkməyi məsləhət görüb. Amma bunun əvəzində təbəssümünü ərindən başqa bütün kişilərə bəxş edən xanımından çox sağ ol yox, söyüş alıb. Qısası, məsləhətlərin gümbəzə atılmış qoz kimi dığırlanıb yerə düşməsi bir yandan, gecə saatlarınadək İrinanın telefonuna gələn zənglərin ardı-arasının kəsilməməsi Oqtayın əsəbinin səbr kəsasını daşdırıb. 20 dəqiqə sonra İrinaya yenə zəng gəlib. O, dırnaqlarına boya çəkərək getməyə hazırlaşıb. Bu zaman ər tapançanı götürüb, sonra aralarında yaranan mübahisə nəticəsində qadın kişinin üstünə cumub və açılan atəş onu ölümcül yaralayıb.

Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Anar Miralayev bildirib ki, faktla bağlı əvvəl AR CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlansa da, sonradan 29.120-ci maddəyə tövsif edilib. Hazırda iş prokurorluğa verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar