Bakıda azyaşlı uşağın ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvarın 6-sı axşam saat 17:20 radələrində K.Rəhimov küçəsi 53-ün qarşısında qeydə alınıb.
Zaur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Gülabatın Əliyevanı və onun 3 yaşlı oğlu Sevlan Sadıqovu vurub.
Hər iki zərərçəkmiş təcili olaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, S.Sadıqov aldığı xəsarətlər ağır olduğundan xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda ana və körpəsini maşın vurdu
Qəza 3 yaşlı uşağın ölümü ilə nəticələnib




Şərhlər