Bakıda ana və bala yanma təhlükəsi ilə üzləşib
13 Mart 2011 Bazar 14:43
Hadisə Suraxanı rayonunda baş verib. Ana və bala yanma təhlükəsi ilə üzləşib
Bu gün saat 13:30 radələrində Bakı şəhəri Suraxanı rayonu, Samir Əliyev küçəsi, 199 ünvanında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın Zoya Məmmədovaya məxsus həyət evində qeydə alınıb.
Məlumata görə, yanğın baş verən zamanı ev sahibəsi qızı ilə içəridə olub. Yanğın nəticəsində 25 kvadratmetr ərazi yanıb. Yanğın evin mətbəxində başlayıb.
İlkin ehtimala görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub.
Qeyd edək ki, hadisə yerinə Suraxanı rayonunun 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: