Bakıda ana 20 yaşlı qızını fahişəliyə cəlb edib
24 Yanvar 2011 Bazar Ertəsi 16:50
O, öz qızı ilə birgə başqa bir qızı da pul əvəzinə satırmış.
Səbail rayon Polis İdarəsinin əməkdaşları Bakının mərkəzində fahişəliklə məşğul olan şəxsləri saxlayıb. ANS TV-nin məlumatına görə, polis əməkdaşları xidmətdə olarkən iki qızla bir oğlanın nalayiq hərəkətlər etdiyini görərək, onları sakitliyə dəvət edib. Lakin onların dəvətə əməl etməməsi sonda polis bölməsinə aparılmaları ilə nəticələnib.

Bölmədə araşdırma nəticəsində məlum olub ki, bunlar Ağdaş rayon sakini 24 yaşlı Gülnar Məmmədova, Yevlax sakini 20 yaşlı Türkan Xəlilova və 27 yaşlı Elland Muxtarovdur. Qızıarın Bakı şəhərində fahişəliklə məşğul olduqları müəyyən edilib. Araşdırmalar nəticəsində ən maraqlı məqam isə Türkanın anası ilə bağlı olub. Məlum olub ki, iki qızı fahişəliyə Türkanın anası Mehbarə Xəlilova vadar edib. Gülnarə Məmmədova ifadəsində bildirib ki, 4 ildir bədənini satmaqla məşğuldur. O, hətta bu peşə üstündə bir dəfə tutulsa da 40 manat pul verərək azad olduğunu deyib.

Hər üç şəxs barəsində 39 -cu polis bölməsində toplanmış materiallar araşdırılması üçün Səbal rayon Polis İdarəsinə göndərilib. Saxlanılanlar və Mehbarə Xəlilovanın əməlinə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar