Bakıda alıcıları aldadan mağaza aşkarlanıb
09 Fevral 2012 Cümə Axşamı 18:05
Paytaxtda qeyri-dəqiq reklamdan istifadə edilməklə, istehlakçıların aldadılması halı müəyyən edilib.
Bakıda istehlakçıların aldadılması ilə bağlı daha bir faktın qarşısı alınıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 ünvanında Bəxtiyar Əşrəfəliyə məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "Bütün mallara 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar