Hadisə

Bakıda ağır yol qəzası: 1 ölü, 5 yaralı

Hadisə Maştağa-Buzovna şossesində baş verib

· Xəbərçi
Bakıda ağır yol qəzası: 1 ölü, 5 yaralı
Ötən gecə Bakının Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. Nəticədə bir nəfər ölüb, 5 nəfər yaralanıb. Hadisə saat 23.00 radələrində Maştağa-Buzovna şossesində qeydə alınıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Maştağa qəsəbə sakinləri Feyruz Cəbrayılovun idarə etdiyi “VAZ 2101” Kamil Rəsulzadənin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub. Nəticədə sürücü Kamil Rəsulzadə hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı “VAZ 2106”da olan sərnişinlər - Hacıbala Qəhrəmanov, Ədalət Cavadov, digər maşının sürücüsü Feyruz Cəbrayılov və onun maşınında olan sərnişinlər İsmayıl Babayev, Tərlan Ələsgərov xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı müvafiq istintaq araşdırmalarına başlanılıb. Hadisənin səbəbləri və səbəbkarı barədə hələlik açıqlama verilmir.

Şərhlər