Bakıda ağır qəza:
04 May 2011 Çərşənbə 10:56
Hadisə Nəsimi rayonunda baş verib
Bu gecə paytaxtın Nəsimi rayonu 20 yanvar küçəsində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. 18 yaşlı Nicat Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsi yük maşını ilə toqquşub. Daha sonra maşın çevrilərək, “Hundai” markalı çavtomobilə çırpılıb.

Qəza zamanı “VAZ-2107”nin sürücüsü Nicat Məmmədov dünyasını dəyişib. Maşında olan sərnişinlər Elnur Allahverdiyev və Çıraq Hacıyev isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər səyi nəticəsində onların həyatı xilas edilib. Hazırda hər iki şəxs xəstəxanın reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.

Qəzanın iştirakçısı, yük maşınının sürücüsü Zöhrab Hüseynov hadisə anını belə xatırlayıb: “Mən öz yolumla gəlirdim. Qabaqda 3 maşın bir-birini qova-qova gəlirdi. Maşını saxladım. İkisi gəldi keçdi. Biri saxlaya bilmədi və mənim maşınıma vurdu. Sonra da qabaqdakı ağ “Hundai”ə vurdu. 3 yerdə tormuz verdi, amma saxlaya bilmədi”.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar