Hadisə

Bakıda

Müşviq Abbasov:"Ofisimizin altını üstünə çeviriblər"

· Xəbərçi
Bakıda
Bu gecə Bakının Yasamal rayonunda "Bu şəhərdə" yumoristik layihəsinin yaradıcı kollektivinin ofisi qarət edilib. Bu barədə Trend-ə "Bu şəhərdə"nin ssenaristi və prodüsseri Müşviq Abbasov məlumat verib.

"Ofisimizin altını üstünə çeviriblər, kompüterləri və texnikanı oğurlayıblar. Hazırda dəyən ziyanın miqdarı hesablanır. Biz Yasamal Rayon Polis İdarəsinə müraciət etmişik. İdarə cinayət işi açıb və cinayətkarların axtarışı ilə məşğul olur", - Abbasov deyib.

"Bu şəhərdə"nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimovdur.

Şərhlər