Paytaxtın Nizami rayonunda bədbəxt hadisə baş verib. Nizami rayon prokurorunun köməkçisi Mobil Şəfiyev APA-ya bildirib ki, hadisə rayonun T. Abbasov küçəsi 18 ünvanında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Elçin Cəlali oğlu Rəcəbov beşmərtəbəli binanın damından yıxılaraq ölüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bakıda 51 yaşlı kişi beşmərtəbəli binanın damından yıxılaraq öldü
Bədbəxt hadisə Nizami rayonunda baş verib.




Şərhlər