Bakıda 50 yaşlı kişi bıçaqlanıb
15 Dekabr 2011 Cümə Axşamı 06:40
Yaşlı kişinin həyatını xilas etmək mümkün olsa da hadisəni törədən şəxs tutulmayıb.
Ötən axşam Sabunçu rayonu Böyük şor adlanan ərazidə bıçaqlanma baş verib. Hadisə zamanı 50 yaşlı Məhərrəmov Qurban Gülalı oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər tərəifndən müayinə olunan zaman Qurban Məhərrəmovun bədəninin müxtəlif nahiyylərəindən bir neçə bıçaq xəsarətinin olduğu müəyyən edilib. Cərrahi müdaxilədən sonra yaralının həyatını xilas etmək mümkün olub. Hadisə zamanı bıçaq xəsarəti alan Məhərrəmovun huşu özündə olmadığına görə o, hələləik hadisə ilə bağlı polislərə ifadə verə bilməyib. Zərərçəkənin istintaqa verəcəyi izahatdan sonra 50 yaşlı Məhərrəm Qurbanovun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı məlum olacaq. Hələlik isə Sabunçu rayon polis idarəsində istintaq tədbirəlri davam etdiridir.
DOSTLARINLA PAYLAŞ: