Hadisə

Bakıda 5-ci sinif şagirdi özünü asıb

Azərbaycan paytaxtında 11 yaşlı qız özünü öldürüb. Əzizbəyov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dünən rayonun Şüvəlan qəsəbəsində baş verib.

· Xəbərçi
Bakıda 5-ci sinif şagirdi özünü asıb
1998-ci il təvəllüdlü Xəyalə Arzuman qızı Salmanlı yaşadığı evdə özünü asaraq intihar edib. İntiharın səbəbləri barədə məlumat verilməsə də, onun 5-ci sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 
APA

Şərhlər