Bakıda 47 yaşlı qadın avtobusdan yıxılaraq ölüb
05 Avqust 2009 Çərşənbə 11:30
Hadisə "Sədərək" ticarət mərkəzinin qarşısında qeydə alınıb

Bakı sakini marşrut avtobusundan yıxılaraq ölüb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün Lökbatan-Heybət yolunda yerləşən “Sədərək” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb.  47 yaşlı Gülgəz Qara qızı Hüseynova 1956-cı il təvəllüdlü  Azad Qasım oğlu Yaqubovun idarə etdiyi “İsuzu” markalı, 10 TX 749 dövlət nömrə nişanlı 22 saylı xətt avtobusundan yıxılıb.
Xəsarət alan qadın Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar