Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib
28 Oktyabr 2010 Cümə Axşamı 05:45
Qəza avtomobilin sürətlə idarə edilməsi və qaranlıq havada sürücünün yolayırıcı bardürü görə bilməməsi səbəbilə baş verib.
Bu gecə paytaxtın Nizami rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza 43 yaşlı Babayev Firəddin Çərkəz oğlunun idarə etdiyi “Nissan” markalı minik maşınının Ziya Bünyadov prospektindən Qara Qarayev prospekti istiqamətində yolayırıcı bardürə çırpılması nəticəsində baş verib. Sürücü ilə yanaşı, həmin vaxt avtomaşında olan digər iki sərnişin - 42 yaşlı Babayeva Gülxarə Bəşir qızı və 45 yaşlı Teymurova Xoşqədəm Mustafa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Burada onlar ilkin tibbi yardım olunduqdan sonra evə buraxılıblar.

Qəzanın səbəblərini isə Nizami rayon polis idarəsinin və dövlət yol polis şöbəsinin əməkdaşları araşdırıb. Artıq müəyyən versiyalar da mövcuddur. İlkin araşdırmalardan sonra məlum olub ki, qəza avtomobilin yüksək sürətlə idarə edilməsi və qaranlıq hava şəraitində sürücünün yolayırıcı bardürü vaxtında görə bilməməsi səbəbilə baş verib.

Faktla bağlı aparılan araşdırmalar davam etdirilir. Yol qəzasının iştirakçısı olan şəxslərin bir ailənin üzvü olduqları və onların həmin vaxt toy məclisindən gəldikləri də bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar