Bakının Nizami rayonunda mənzildən meyit tapılıb. Nizami Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Q. Qarayev prospekti 106, mənzil 67 ünvanında yaşayan 28 yaşlı Teymur Vaqif oğlu Məmmədovun meyiti tapılıb.
İlkin araşdırmalar zamanı T. Məmmədovun 3-cü qrup əlil olması və hemofiliya (qan xəstəliyi) xəstəliyindən vəfat etməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Bakıda 28 yaşlı gənc hemofiliyanın qurbanı oldu
O, evdə ölü olaraq tapılıb.




Şərhlər