Hadisə

Bakıda 24 yaşlı qız özünü asdı

Hadisə Binəqədi rayonunda olub

· Xəbərçi
Bakıda 24 yaşlı qız özünü asdı
Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi ev-2, mənzil-24-də ünvanında qeydə alınıb.

24 yaşlı Binəqədi rayon sakini Ləman Əbülfəz qızı Sadıqova yaşadığı mənzildə özünə qəsd edib. L.Sadıqova özünü çılçıraqdan asaraq intihar edib.

Hadisənin nə səbəbdən baş verməsi hələlik bilinmir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər