Bakıda 22 yaşlı qadın üçəm dünyaya gətirdi
28 Aprel 2011 Cümə Axşamı 15:09
22 yaşlı qadının dünyaya gətirdiyi uşaqların 3-də oğlandır
Bakıda xoşagələn hadisə baş verib. ANS TV-nin məlumatına görə, 22 yaşlı Elnarə Eyvazova üçəm dünyaya gətirib. Elnarə Eyvazovanın dünyaya gətirdiyi oğlan uşaqlarının vəziyyəti qənaətbəxşdir. Körpələr əməliyyat yolu ilə dünyaya gəliblər.

Bu, 5-ci hamiləliyi olan 22 yaşlı ananın ikinci doğuşudur. Belə ki, qadının üçəmlərdən başqa 3 yaşında bir oğlu da var. Bir neçə dəfə hamilə qalsa da dünyaya uşaq gətirə bilməyən anaya Allah itirdiklərinin əvəzini birdən nəsib edib.

Əməliyyatı rahat keçən ana özünü yaxşı hiss etsə də, 4 oğlanı necə böyüdəcəyi yadına düşəndə məsuliyyəti birə-beş artır.

Qeyd edək ki, vaxtından əvvəl doğulan körpələr onları ana bətnini hiss etdirən aparatda - yəni küvezdə saxlanılır. 2011-ci il başlayandan 4-cü üçəmi qarşılayan Perenetal Mərkəzin intensiv terapiya şöbəsinin müdiri Məryəm Rzayevanın sözlərinə görə, əgər körpələrin vəziyyətində bir dəyişiklik olmazsa onlar 2-3 gün ərzində küvezdən çıxarılacaq.

Həkim uşaqların çəkilərinin 2 kq, 2,10 və 2,200 qram olduğunu qeyd edib.
22 yaşlı ana və üçəmlər evə bir həftədən sonra buraxılacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar