Bakıda 20 yaşlı qadın sevgilisini qətlə yetirdi
13 May 2011 Cümə 10:35
20 yaşlı Ülviyyə Cəfərova qeyri-rəsmi yaşadığı sevgilisi 25 yaşlı Namiq Rəhimova 1 zərbə endirib
Bakının Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Gədəbəy sakini sakini olan 20 yaşlı Ülviyyə Cəfərova qeyri-rəsmi yaşadığı sevgilisi 25 yaşlı Namiq Rəhimovu qətlə yetirib.

Qanlı hadisə mayın 13-nə keçən gecə saat 02:00 radələrində yaşadıqları Sabunçu qəsəbəsindəki evdə baş verib. Mübahisə zamanı Ü.Cəfərova mətbəx bıçağı ilə Namiqə 1 zərbə endirib. O, aldığı xəsarətdən keçinib.

Qanlı hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar