Bakıda 2 nəfər eyni bıçaqla bir-birini bıçaqladı
27 Dekabr 2011 Çərşənbə Axşamı 10:24
Hadisə qumar zəminində başlamış mübahisədən sonra meydana gəlib.
Paytaxtın Nəsimi rayonu Cavadxan küçəsi 7 ünvanında bıçaqlanma baş verib. Həmin ərazinin yaxınlığındakı meydançada baş verən hadisə zamanı Qarayev Qoşqar Bəylər oğlu aralarında yaranan mübahisə zamanı Abbasov Zaur Mirzağa oğlunu bıçaqlayıb. Qeyd edim ki, hadisə zamanı əvvəlcə Zaur Abbasov Qoşqarın kürək nahiyyəsindən yüngül dərəcəli bıçaq xəsarəti yetirib. Bundan sonra Zaurun əlindən bıçağı alan Qoşqar tanışından fərqli olaraq ona daxilə nüfuz edən iki bıçaq zərbəsi vurub.
Törətdiyi əməli barədə polis ifadə verən Qoşqar Qarayev paytaxta müalicə olunmaq məqsədi ilə gəldiyini bildirib. Hadisə isə tərəflər arasında qumar zəminində başlamış mübahisədən sonra meydana gəlib. Belə ki, çayxanalardan birində tanış olmuçş dostlar pul müqabilində nərd oynayıb.
Qumar nəticəsində Zaurun Qoşqara müəyyən miqdarda borcu yaranıb. Qarayevin Zaurdan qumar borcunu tələb etməsi isə sonda qanlı hadisənin yaranması ilə nəticələnib.
Faktla bağlı Qoşqar Qarayev barəsində Nəsimi rayon polis idarəsində cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Qoşqarın cinayəti sübuta yetirilsə Qarayev nərdə olan meyli ucbatından həyatının bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.
DOSTLARINLA PAYLAŞ: