Hadisə

Bakıda 19 yaşlı gənc beş bıçaq yarası aldı

Hadisə Nərimanov rayonunda baş verib

· Xəbərçi
Bakıda 19 yaşlı gənc beş bıçaq yarası aldı
Bu gecə Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Nərimanov rayonu 16-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Ceyhun Hacıbəyli küçəsində baş verib. 1992-ci il təvəllüdlü Aslan Habil oğlu Rəfiyev naməlum şəxslərlə mübahisə zəminində çoxsaylı bıçaq xəsarətləri alıb. O, təcili olaraq 1 saylı xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun bədənində beş bıçaq yarasının olduğu müəyyən edilib. Cərrahi əməliyyat olunan gənc hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. Nərimanov rayon polis idarəsinin və 16-cı polis bölməsinin əməkdaşları hazırda hadisədə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına çalışır.

Şərhlər