Bakıda 15 yaşlı qız kafedə zorlandı
12 May 2011 Cümə Axşamı 23:39
Onun hansı şəraitdə kafeyə gəlib çıxması ilə bağlı məlumatlar toplanılır
Bakıda 15 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Bakı sakini, 1996-cı il təvəllüdlü bir qız bir neçə gün bundan əvvəl Axundov bağının yaxınlığında, daha dəqiq Süleyman Tağızadə küçəsi, 41 ünvanında yerləşən kafedə həmin kafeni icarəyə götürüb işlədən Orxan adlı şəxs tərəfindən zorlanıb. Dərhal məsələ ilə bağlı araşdırmanı ərazi üzrə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi aparıb.
15 yaşlı qızın hansı şəraitdə kafeyə gəlib çıxması və zorlanması ilə bağlı məlumatlar toplanılır. Ekspertizalar təyin olunub.
Prokurorluqdan verilən məlumata görə, hazırda həmin Orxan adlı şəxsin yerinin müəyyənləşdirilməsi və saxlanması istiqamətində iş aparılır. Bütün materiallar toplandıqdan sonra faktla bağlı cinayət işi başlanılacaq.
DOSTLARINLA PAYLAŞ: