Hadisə

Bakıda 10 maşın bir-birinə girdi, xəsarət alan var

Qəzaya səbəb yük maşını olub...

· Xəbərçi
Bakıda 10 maşın bir-birinə girdi, xəsarət alan var
Bakının Qaradağ rayonu ərazisində zəncirvari yol qəzası olub. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, “Qurd Qapısı” adlanan ərazidən “Sədərək” yarmarkasına gedən yolda 10 maşın toqquşub. Qəza nəticəsində 1 nəfərin xəsarət aldığı bildirilir.

İşi araşdıran Qaradağ rayon Polis İdarəsinin təhqiqatçısı Aqşin Əhmədov bildirib ki, qəzanı “KamAZ” markalı yük maşını törədib. Yük maşınının arxadan minik maşınını vurması zəncirvari qəzaya səbəb olub. Zərbənin təsirindən 9 minik maşını bir-birinə dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər