Bakıda 1 nəfər 2 dostu bıçaqlayıb
30 May 2011 Bazar Ertəsi 04:36
Hadisəni törədən şəxs özünü qorumaq üçün bu addımı atdığını deyib
Ötən gecə Nəsimi rayonu 4-cü mikrarayon Mircəlal küçəsi 36 saylı binanın qarşısında bıçaqlanma hadisəsi baş verib. Həmin binada yaşayan Elşən Səmədov aralarında düşən mübahisə zəminində qonşuları 19 yaşlı Elvin Əliyev və 18 yaşlı Müşfiq Məmmədzadəni bıçaqlayıb. Hadisə zamanı bıçaq xəsarətləri alan şəxslər təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan aldığımız məlumata görə müayinə zamanı Elvin Əliyev və Müşfiq Məmmədzadənin aldıqları bıçaq yaralarının daxilə nüfuz etmədiyi müəyyənləşib. Bu səbəbdən də hər iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə büraxılıblar.

Hadisədən sonra ərazi üzrə Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları əraziyə cəlb edilib. Keçirilən əməlimyyat nəticəsində iki nəfəri bıçaqlayan Elşən Səmədov saxlanılaraq polis bölməsinə gətirilib. Hadisədə şübhəli bilinən Səmədov qarşı tərəfdən 6 nəfərin hücumuna məruz qalığını deyib: “Qolumdan tutdu və dedi ki, gedək ora binanın arxasına. Dostları tökülüşdü. 6 nəfər düşdü üstümə və yumruq atdılar”.

Özünü qorumaq üçün bıçaq gəzdirdiyini deyən Səmədov polis bölməsində verdiyi ilkin ifadəsi zamanı bıçağa məcburiyyət qarşısında özünü qorumaq məqsədi ilə əl atdığını bildirib: “Peşman olmaq deyəndə ki, səhv eləyəni vurarlar. Mənim xəşilimi çıxarmaq isdiyirdilər”.

Faktla bağlı Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsində araşdırmalar davam etdirilir. Gənclər arasında yaranan qanlı mübahisənin hansı səbəbdən meydana gəldiyi bölmədə başlanan təhqiqatın sonunda məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar