Bakıda 1,5 mln. dollar borca görə girov saxlanılan 8 nəfər azad edilib
29 Noyabr 2011 Çərşənbə Axşamı 17:52
Dəyanət İsmayılov borca görə Mehman Vahabzadə və Samid Mikayılovun ofisdən çıxmalarına məhdudiyyət qoyub.
Azərbaycanda 8 gün girov saxlanılan şəxslər azad edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, noyabrın 28-də Mehman Ramiz oğlu Vahabzadənin və Samid Rasim oğlu Mikayılovun pul borcu ilə əlaqədar Nəsimi rayonu ərazisində - Dəyanət Əkbər oğlu İsmayılova məxsus ofisdə girov saxlanmaları barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub. Bununla əlaqədar dərhal həyata keçirilmiş tədbirlər nəticəsində onlar girovluqdan azad edilib.
İlkin araşdırmalarla müəyyən ediliib ki, Dəyanət İsmayılov noyabrın 20-də Mehman Vahabzadəni və Samid Mikayılovu aralarında olan 1,5 milyon dollarlıq borc məsələsini həll etmək adı ilə ofisinə dəvət edib və sonradan onların ofisdən çıxmalarına məhdudiyyət qoyub. D.İsmayılov borcu tam ödəyənə və mülkiyyətlərini onun adına keçirəcəklərinə qədər onları girov saxlayacağını bildirib.
Araşdırmalar zamanı M.Vahabzadənin və S.Mikayılovun ayrı-ayrı şəxslərə ümumilikdə 3 milyon manat borclarının olduğu da müəyyən edilib.
Əməliyyat tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: