Hadisə

Bakı-Tümen sərnişin qatarı «Mercedes»lə toqquşub

Bakı - APA. Bu gün səhər «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sitalçay stansiyasının girişindəki qorunmayan keçiddə ölümlə nəticələnən hadisə baş verib.

· Xəbərçi
Bakı-Tümen sərnişin qatarı «Mercedes»lə toqquşub


QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, 17 may 2011-ci il səhər saat 8.10-da 373 saylı Bakı-Tümen sərnişin qatarı Sitalçay stansiyanın girişinə yaxınlaşarkən «Mercedes» markalı avtomobilin sürücüsü tərəfindən «Yol hərəkəti haqqında» qanunun 44-cü maddəsinin tələbləri pozulub, nəticədə qəza baş verib.

İlkin məlumata görə, 2 nəfər hadisə yerində dünyasını dəyişib.

Qatar saat 9.30-da təyinatı üzrə yola salınıb.

Şərhlər