Hadisə

Bakı-Sumqayıt yolunda "QAZel" qadın piyadan vurdu

Bakı-Sumqayıt yolunda "QAZel" qadın piyadan vurdu. Qadının kimliyi müəyyənləşdirilir.

· Xəbərçi
Bakı-Sumqayıt yolunda "QAZel" qadın piyadan vurdu
Bu gün Bakı-Sumqayıt yolunun 13-cü kilometrliyində piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. ANS TV-nin hadisə yerində olan müxbirinin məlumatına görə, hələlik şəxsiyyəti müəyyən olunmayan 45-50 yaşlarında qadın səhər saatlarında yolu keçmək istəyərkən "QAZel" markalı maşının zərbəsinə tuş gəlib. O, aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

"QAZel"in sürücüsü isə saxlanılaraq polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma başlanılıb. Hələlik hadisənin kimin səhvi səbəbindən baş verdiyi bilinmir. ANSPRESS

Şərhlər