Bakıda iki nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qaradağ Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 19-u saat 09.00 radələrində Lökbatan qəsəbəsindəki dairədə "Kamaz"la "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə ağır bədən xəsarəti alan və çoxlu qan itirən iki nəfər hadisə yerində keçinib. Onların adları müəyyənləşdirilir.
Qəzanın nə səbəbdən baş verməsi aparılan avtotexniki ekspertizadan sonra məlum olacaq.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
Bakı səhəri ağır yol qəzasıyla açdı
"Kamaz" "VAZ-2106" toqquşdu: 2 ölü.




Şərhlər