Bakı Şəhər İcra Hakimiyyətinin yük maşını qəza törədib
30 Dekabr 2011 Cümə 00:22
Hadisə axşam saatlarında Bakının Xətai rayonunda baş verib.
Bu gün axşam saatlarında Bakının Xətai rayonunda Bakı Şəhər İcra Hakimiyyətinə məxsus yük maşını qəza törədib. Hadisə Nobel prospekti ilə Cavanşir küçəsinin kəsişməsində baş verib.

Möhlət Əmiraslanovun şəhərdən Zığ yolu şossesi istiqamətində idarə etdiyi “Hyundai” markalı yük avtomaşını yol ayrıcında Mirəmir Mirsadıqovun idarə etdiyi “Opel” markalı minik maşını ilə toqquşub. Avtoqəza zamanı xəsarət alan olmasa da, hər iki avomobilə ziyan dəyib.

Məlumat üçün bildirək ki, “Hyundai” markalı avtomaşın yüklə dolu olub.

Yol qəzasının səbəblərini Xətai Rayon Dövlət Yol Polis şöbəsinin əməkdaşları araşdırır. Hadisədə hər bir sürücü səbəbləri bir-birində axtarsa da, dəqiq təfərrüatlar araşdırmalardan sonra müəyyən ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar