Hadisə

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib

“Muray” MMC tərəfindən aldadılan vətəndaşlar aksiyanın davamlı olacağını deyiblər.

· Xəbərçi
Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirilib
Bu gün “Muray” MMC tikinti şirkəti tərəfindən aldadılan 50-yə yaxın vətəndaş Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib. ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, şikayətçilər onlara dəyən ziyanın ödənilməsini və yaxud evlə təmin olunmalarını tələb ediblər.

Vətəndaşlar icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşmək istəsələ də, qəbul olunmayıblar. Zərərçəkənlər bildirib ki, mer onları qəbul edənədək hər gün belə aksiya keçirəcəklər.

Xatırladaq ki, "Muray" Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti şirkəti tərəfindən Bakıda inşa edilən 414 mənzilli binada 1 mənzil 3 və ya daha çox şəxsə satılıb. Faktla bağlı AR CM-nin 178.3.2 maddəsi(külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) üzrə cinayət işi açılıb. Hazırda iş məhkədədir. MMC-nin rəhbəri Elxan Hüseynov isə tutularaq istintaqa təhvil verilib. ANSPRESS

Şərhlər