Hadisə

Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var

“Lexus” ilə “Opel” toqquşub.

· Xəbərçi
Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var
Bu gün saat 13:00 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən işi araşdıran müstəntiqi Rafiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, “Lexus” markalı 10 NP 455 dövlət nömrə nişanlı avtomobillə “Opel” markalı 90 HB 423 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “Opel”də olan 4 nəfərdən 3-ü ölüb, biri isə yaralanıb. Ölənlərdən ikisi kişi, biri qadındır. Yaralanan şəxs isə xəstəxanaya aparılıb. Hələlik ölənlərin və yaralının şəxsiyyəti bilinmir.
Qeyd edək ki, hazırda qəzanın səbəbləri araşdırılır.

Şərhlər