Hadisə

Bakı sakininin külli miqdarda pulu mənimsənilib

Bakıda dələduzluq faktı aşkarlanıb. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

· Xəbərçi
Bakı sakininin külli miqdarda pulu mənimsənilib
Məlumata görə, 55 yaşlı Əli Kərimov həmyerlisi, 33 yaşlı Əliheydər Ələsgərovdan birgə biznes qurmaq adı ilə 272 min ABŞ dolları pul alıb. Sonradan aldandığını görən Ə. Ələsgərov polisə müraciət edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb, araşdırma aparılır. APA

Şərhlər