Bu gün Bakı şəhərində bədbəxt hadisə baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, Səbail rayonu Bayıl qəsəbəsində 9 mərtəbəli binada aparılan söküntü işləri zamanı yoldan keçən bir qadının başına daş düşüb.
Məlumata görə, 37 yaşlı Ətradə Alışova adlı zərərçəkən huşsuz vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. ANSPRESS
Bakı sakininin başına daş düşdü
Bədbəxt hadisə Bayılda aparılan söküntü işləri zamanı baş verib.




Şərhlər